Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Türkiyənin ölkəmizdəki səfiri H.Kılıç və Avstriyanın Azərbaycandakı səfiri S.M.Kaybiçlə görüşüb
Martın 15-də Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Türkiyənin ölkəmizdəki səfiri Hulüsi Kılıç və Avstriyanın Azərbaycandakı səfiri xanım Silvia Mayer-Kaybiçlə görüşüb. Türkiyənin ölkəmizdəki səfiri Hulusi Kılıçı Heydər Əliyev Fondunda görməkdən məmnun olduğunu bildirən Fondun prezidenti Mehriban Əliyeva deyib ki, Azərbaycanla Türkiyə arasında mövcud olan qardaşlıq münasibətləri möhkəm əlaqələrə söykənir. Mehriban Əliyeva humanitar sahədə bir sıra layihələrin həyata keçirilməsinin mümkünlüyünü diqqətə çatdıraraq, Fodun əməkdaşlığa hər zaman açıq qurum olduğunu vurğulayıb.
Novruz bayramı münasibətilə təbriklərini çatdıran Türkiyənin ölkəmizdəki səfiri Heydər Əliyev Fondunun fəaliyyəti barədə məlumatlı olduğunu, qurumun gördüyü işlərin diqqətlə izlənildiyini, həyata keçirdiyi layihələrin yüksək qiymətləndirildiyini söyləyib. Səfir Hulusi Kılıç Fondun gördüyü işlərdən qürur duyduqlarını diqqətə çatdırıb, qurumla birgə layihələr reallaşdırmaqdan məmnun olacaqlarını deyib.
Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva bu gün Avstriyanın Azərbaycandakı səfiri xanım Silvia Mayer-Kaybiçlə də görüşüb.
Azərbaycanın 1-ci xanımı Heydər Əliyev Fondu barədə səfirə məlumat verdi, qeyri-hökumət təşkilatı olan bu qurumun 2004-cü ildən fəaliyyət göstərdiyini də bildirib. Mehriban Əliyeva diqqətə çatdırıb ki, Fond əsasən təhsil, səhiyyə və sosial layihələr həyata keçirir. Artıq 7 ildir ki, fəaliyyət göstərən Heydər Əliyev Fondu öz uğurlu layihələri ilə ölkədə böyük xidmətlərə imza atıb. Qurumun reallaşdırdığı proqramlar sırasında “Yeniləşən Azərbaycana yeni məktəb”, “Təhsilə dəstək”, “Uşaq evləri və internat məktəblərinin inkişafı”, “Diabetli uşaqlara ən yüksək qayğı”, “Talassemiyasız həyat naminə” layihə və proqramlar var. Heydər Əliyev Fondunun prezidenti hazırda bu layihələrin artıq öz bəhrəsini verdiyini deyib. Azərbaycanın 1-ci xanımı Fondun YUNİSEF, YUNESKO, BMT-nin İnkişaf Proqramı kimi beynəlxalq qurumlarla uğurlu əməkdaşlığı barədə də məlumat verib.
Əliyeva Avstriyanın ölkəmizdəki səfiri xanım Silvia Mayer-Kaybiç Heydər Əliyev Fondunun gördüyü işlərin Avropada da yüksək qiymətləndirildiyini bildirib. Görüşdə təhsil və mədəniyyət sahələrində əməkdaşlığın inkişaf etdirilməsi məsələləri müzakirə edilib.


English
Русский




Bütün xəbərlər