ABŞ-da daşqın və torpaq sürüşməsi ciddi fəsadlara səbəb olub
Amerikanın Nyu-Cersi ştatında leysan yağışları və dağlarda qarın əriməsi daşqınlara səbəb olub. Bəzi ərazilərdə torpaq sürüşmələri də baş verib. Amerikanın Nyu Cersi ştatında bir neçə gün yağan aramsız leysan nəticəsi də Passeyk çayında suyun səviyyəsi artıb. Nəticədə Paterson şəhəri su altında qalıb. Sel suları 5 körpünü dağıdıb, yolları yararsız hala salıb. Dağlıq ərazilərdə isə qarlar əriyib. Daşqın nəticəsində binaların zirzəmilərini su basıb. Sel suları avtomobillərə ciddi zərər vurub. Nyu-Cersi ştatının qubernatoru bölgədə fövqəladə vəziyyət elan edib. Xilasedicilər evləri su altında qalan sakinləri qayıqlarla evakuasiya ediblər. Pensilvaniya və Delaver ştatlarında da daşqınlar qeydə alınıb. Viskonsin ştatında isə torpaq sürüşməsi baş verib. Milvaki şəhərində baş verən torpaq sürüşməsi nəticəsində böyük çuxur əmələ gəlib. Yol kənarında dayanan 2 minik avtomobili çuxura düşüb. Xoşbəxtlikdən xəsarət alan olmayıb. Ötən il də bu ərazidə torpaq sürüşməsi baş vermişdi. Şəhər rəhbərliyi tez bir zamanda çuxurun torpaqla doldurulacağını bildirib.


English
Русский




Bütün xəbərlər