Bakı vaxtı : 
Canlı yayım
Siyaset

Albaniyanın baş nazirinin müavini Milli Məclisdə olub

Ölkəmizdə səfərdə olan Albaniyanın baş nazirinin müavini və xarici işlər naziri Edmond Hacinasto Milli Məclisin sədri Oqtay Əsədovla görüşüb.  Bu səfərin ölkələrimizin münasibətlərinin möhkəmlənməsinə təkan verəcəyini deyən, Milli Məclisin sədri Oqtay Əsədov bildirib ki, Azərbaycan yerləşdiyi bölgədə siyasi, iqtisadi əhəmiyyətə malik Albaniya ilə əlaqələrin inkişafında maraqlıdır. Spiker əlaqələrin inkişafında parlamentlərin rolunu qeyd edərək, dostluq qruplarının fəaliyyətini, parlamentarlarımızın beynəlxalq qurumlardakı əməkdaşlığını yüksək qiymətləndirib. Azərbaycanın dinamik inkişaf edən ölkə olduğunu vurğulayaraq bildirib ki, Dağlıq Qarabağ münaqişəsi olmasaydı, ölkəmiz daha çox nailiyyətlər əldə edəcəkdi. Albaniyanın baş nazirinin müavini və xarici işlər naziri Edmond Hacinasto Azərbaycana ilk səfərindən məmnunluq ifadə edərək burada səmərəli görüşlər keçirdiyini və bunun da müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsinə yaxşı imkan yaratdığını söyləyib.


Axtarış
Hava haqqında
Bakı (20-05-2013) :
Buludlu Gecə : +19 | Gündüz: +20
Məzənnələr
Dollar:
Alış: 0.7801 | Satış: 0.7872

RUR:
Alış: 0.0244 | Satış: 0.0251

Avro:
Alış: 1.0028 | Satış: 1.0126
AzTV təqdim edir