Bakı vaxtı : 
Canlı yayım
Iqtisadiyyat

2010-cu il üçün İKT sektorunun hesabatı açıqlanıb

 Hökumət 2010-cu il üçün İKT sektorunun göstəricilərini açıqlayıb. Açıqlamaya görə 2010-cu ildə Azərbaycanın rabitə müəssisələri tərəfindən rabitə sektoruna 110 milyon manatdan çox investisiya qoyulub.

2010-cu ilin yekunları üzrə investisiyaların ümumi məbləğindən 79 milyon manat Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin müəssisə və birliklərinin payına düşüb. 2010-cu il ərzində rabitə və informasiya texnologiyaları sektoru üzrə göstərilən xidmətlərin həcmi 2009-cu ilin göstəriciləri ilə müqayisədə 29,7 faiz artaraq 1 milyard 161 milyon 300 min manata çatıb. Sahə üzrə əldə edilən gəlirin 78,6 faizi qeyri-dövlət sektorlarına göstərilən rabitə xidmətlərinin payına düşüb. Ötən ilin yekunları üzrə respublikanın telekommunikasiya şəbəkəsinin xeyli hissəsi elektron formaya salınıb. Uzunluğu 240 kilometr olan optik-lif magistral kabelin çəkilməsi başa çatdırılıb. Bu, yüksəksürətli xəttə respublikanın əksər rayonlarını qoşmağa imkan verib. İnvestisiya layihələri hesabına respublika üzrə ümumi istifadəli telefon şəbəkəsinin montaj tutumu 71,9 nömrə artırılaraq 1,66 milyon ədədi ötüb. 2009-cu ildə hər 100 ailəyə 66,8 telefon aparatı düşürdüsə, 2010-cu ildə bu göstərici 67,3 ədədə çatıb. Bakı üzrə bu göstərici 130 ədəd, respublikanın digər əraziləri üzrə 47,3 ədəd təşkil edib. Hər 100 nəfərin payına düşən kompüterlərin sayı ötən ilin yekunları üzrə 14 ədəd, internet istifadəçiləri isə 45 nəfər təşkil edib. Bunun 12 faizi genişzolaqlı internet istifadəçisi olub. "Bakı Telefon Rabitəsi" və "Aztelekom" istehsalat birliklərinin abonent bazası 2010-cu ilin əvvəlindən 3994 ədəd artaraq 27294 ədədə çatıb. 2010-cu ilin sonuna olan vəziyyətə görə, CDMA şəbəkəsi ilə respublikanın yaşayış məntəqələrinin 70 faizi əhatə olunub. 2010-cu ilin yekunları üzrə respublika üzrə mobil rabitənin nüfuz səviyyəsi 100 faizə çatıb. Ötən il ərzində mobil rabitə abonentlərinin sayı 1,2 milyon artaraq 8,9 milyona çatıb. 2010-cu ildə mobil rabitə sektoru üzrə əldə edilən gəlirin həcmi 2009-cu illə müqayisədə 30,2 faiz artaraq 782,6 milyon manata çatıb. Əldə edilən gəlirin ümumi həcmindən 73,6 faiz mobil rabitə sektorunun payına düşüb. Hesabat dövrü ərzində informasiya texnologiyaları sektoru üzrə əldə edilən gəlirin həcmi 2009-cu illə müqayisədə 77,6 faiz artaraq 91,8 milyon manat təşkil edib.

 

Axtarış
Hava haqqında
Bakı (23-05-2013) :
Azbuludlu Gecə : +17 | Gündüz: +20
Məzənnələr
Dollar:
Alış: 0.7801 | Satış: 0.7872

RUR:
Alış: 0.0244 | Satış: 0.0251

Avro:
Alış: 1.0028 | Satış: 1.0126
AzTV təqdim edir