Bakı vaxtı : 
Canlı yayım
Cəmiyyət

TQDK 2011-2012-ci tədris ili üçün ali təhsil müəssisələrinə qəbul qaydalarını açıqlayıb

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası  2011-2012-ci tədris ili üçün ali təhsil və  orta ixtisas təhsili müəssisələrinə qəbul qaydalarını, həmçinin bütün səviyyələrdən olan təhsil müəssisələrinə qəbul imtahanı proqramlarını açıqlayıb. Məlumatlar “Abituriyent” jurnalının 1-ci sayında nəşr olunub. Ali və orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu internet vasitəsilə aparılacaq. Abituriyentlər TQDK tərəfindən təyin olunacaq vaxtda Komissiyanın  rəsmi saytında “Abituriyentin elektron ərizəsi”ni dolduraraq, müvafiq sənədləri Sənəd Qəbulu Komissiyalarına şəxsən təqdim etməklə ərizələrini rəsmiləşdirəcəklər. Komissiya sədri Məleykə Abbaszadə deyib ki, qəbul imtahanları keçirildikdən sonra müsabiqə şərtlərini yerinə yetirən abituriyentlər “Elektron ərizə”lərində qəbul olmaq istədikləri ixtisas kodlarını qeyd edəcəklər. 2011-ci ildə qəbul imtahanlarında açıq tipli test tapşırıqlarından da istifadə ediləcək. “Abituriyent” jurnalının 1-ci sayında gələcəkdə istifadə edilməsi nəzərdə tutulan açıq formalı test tapşırıqlarının nümunələri də təqdim olunub. Bu il bütün ixtisas qrupları üzrə ali məktəblərə qəbul imtahanları Bakı, Naxçıvan, Gəncə və Sumqayıtda keçiriləcək. Lənkəranda isə bu il yalnız bir ixtisas qrupu üzrə qəbul imtahanın keçirilməsi nəzərdə tutulur. Bakalavrlar üçün ixtisas seçiminə dair jurnallar da dərc ediləcək. Bakalavrlara ixtisas seçimində kömək edəcək bu jurnallar bütün ixtisas qrupları üzrə hazırlanacaq.