Mədəniyyət
Moskvada B.Vahabzadənin “Gülüstan” poeması əsasında hazırlanmış kompozisiyanın premyerası olub
Rusiyanın paytaxtı Moskvada fəaliyyət göstərən Dərviş teatrında azərbaycanın xalq şairi Bəxtiyar Vahabzadənin iki hissəli “Gülüstan” poeması əsasında hazırlanan kompozisiyanın premyerası olub. Heydər Əliyev fondunun Rusiya nümayəndəliyinin dəstəyi ilə hazırlanan tamaşanın premyerası Xocalı faciəsinin 19-cu ildönümünə həsr edilib. Bəxtiyar Vahabzadənin Gülüstan müqaviləsindən bəhs edən poema əsasında hazırlanan kompozisiyanı tamaşaçılar 3 aktyorun ifasında izləyiblər. Tamaşanın quruluşçu rejissoru Mərdan Feyzullayev, səhnə tərtibatçısı Vasiliy Krutiporox, musiqi tərtibatçısı isə Zaur Fərhadovdur.


English
Русский




Bütün xəbərlər