Cəmiyyət
Almaniyada təhsil almaq istəyən tələbələr üçün müsabiqə keçiriləcək
Almaniya universitetlərində təhsil almaq istəyən tələbələr üçün müsabiqə keçiriləcək. Təhsil Nazirliyindən verilən məlumata görə keçiriləcək müsabiqəyə sənədlərin qəbulu başa çatıb. Təhsil Nazirliyi və Almaniya Akademik Mübadilə Xidmətinin birgə təşkil etdiyi layihə Almaniyadan dəvət edilmiş ekspertlər qrupu tərəfindən reallaşacaq. Müsabiqə əsasən tibb, mühəndislik, neft sənayesi, riyaziyyat, kimya, biologiya, kənd təsərrüfatı, ekologiya, İKT elmləri və digər ixtisaslar üzrə aparılacaq. Uğur qazanan gənclər Almaniya universitetlərində təhsilin müvafiq pillələrində oxuyacaqlar.


English
Русский




Bütün xəbərlər