“BOEİNG” dünyanın əz uzun yeni təyyarəsini təqdim edib
Amerikanın “Boinq” şirkəti dünyanın ən uzun təyyarəsini təqdim edib. Şirkət 747 seriyasına aid təyyarələri ilə satışı artırmaq niyyətindədir.
Boinqin mühəndisləri 747 seriyasından olan təyyarənin yeni versiyasının gövdəsini daha 6 metr uzadıblar Bununla da yeni təyyarənin sərnişin tutumu 467-dək artırılıb. Yeni model daha az yanacaq sərf etməsinə görə də fərqlənir. İlk dəfə 1968-ci ildə istismara verilən iki göyərtəli “Boinq-747” təyyarəsi uzun müddət ağırlığına və sərnişin tutumuna görə dünyada birinci olub. Lakin Boinqin bu titulunu 2005-ci ildə istismara verilən “Aerobus A-380” əlindən alıb. Boinq 747-8 sərnişin tutumuna görə A-380-lərə rəqib olmasa da, daha sərfəli qiymətinə görə hava yolları şirkətlərinin diqqətini özünə cəlb edəcək. Boinq yeni təyyarəni 317,5 milyon dollara təklif edir ki, bu, Aerobusdan 30 milyon dollar ucuzdur. Şirkət 33 yeni təyyarənin satışı üçün artıq “Lufthansa” və Koreya hava yollarından sifariş alıb. Məlumata görə, Birləşmiş Ştatlar prezidentinin “bir nömrəli göyərtə” adlandırılan təyyarəsinin də məhz Boinq 747-8 təyyarəsi ilə əvəzlənməsi nəzərdə tutulur.


English
Русский




Bütün xəbərlər