İqtisadiyyat

Sığorta şirkətləri üçün yeni proqram təminatı hazırlanıb

13-01-2011 | 16:47        

  


Maliyyə Nazirliyi Dövlət Sığorta Nəzarəti Xidməti sığorta şirkətləri üçün yeni proqram təminatı hazırlayıb. “Sığorta nəzarət sistemi” adlı proqram təminatı artıq uğurla sınaqdan keçirilib. Bu proqram təminatı sığortaçılar tərəfindən hesabatların elektron formada operativ və daha keyfiyyətli təqdim olunmasını, kağız daşıyıcılardan istifadənin ləğvini, hesabatların tərtibi zamanı yol verilən səhvlərin və nöqsanların müəyyənləşdirilməsinə imkan verəcək. Eyni zamanda hesabatların sığorta nəzarəti orqanı tərəfindən daha mükəmməl və dəqiq təhlilini, sığortaçıların onların maliyyə sabitliyi və ödəmə qabiliyyətində mövcud təhlükə barədə vaxtında xəbərdar olunmasını və qabaqlayıcı tədbirlərin görülməsini təmin edəcək.    

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (21.07.2018) :
Aydın Gecə : +24+26 | Gündüz: +30+32
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.678 | Satış: 1.703

Rubl:
Alış: 0.0263 | Satış: 0.0276

Avro:
Alış: 1.9423 | Satış: 2.0011
AzTV TƏQDİM EDİR