Cəmiyyət

Sumqayıt Cümə Məscidində əsaslı təmirdən sonra ilk Cümə namazı qılınıb

10-05-2013 | 19:09        

  

Sumqayıt şəhərində yerləşən Cümə Məscidində əsaslı təmirdən sonra ilk Cümə namazı qılınıb. 500-dən çox mömini bir araya gətirən məsciddə “ümummilli lider Heydər Əliyevin və şəhidlərin ruhuna dualar oxunub. Qeyd edək ki, Cümə məscidi Prezident İlham Əliyevin Sumqayıt şəhərinə səfəri çərçivəsində istifadəyə verilib. Azərbaycan hökumətinin xalqımızın milli-mənəvi və dini dəyərlərimizə olan diqqəti sayəsində yeni məscidlər inşa edilir mövcud olanlar isə yenidən qurulur. Dəyərlərimizə xüsusi diqqət və qayğı göstərən Prezident İlham Əliyev mütəmadi olaraq məscidlərdə aparılan bərpa və genişləndirmə tədbirlərini diqqətdə saxlayır, yenilərinin tikinti işlərinin gedişi ilə tanış olaraq, tapşırıq və tövsiyələrini verir.  Əsaslı təmir olunan məscidlərdən biri də Sumqayıtdakı Cümə məscididir. Buraya gələn Sumqayıt sakinləri məscidin bu cür yüksək səviyyədə yenidən qurulmasına, dini abidələrə olan dövlət qayğısına görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər. Təməli 1989-cu ildə qoyulan məscid uzun müddət yararsız vəziyyətdə olub. 2003-cü ildə istifadəyə verilən məscidin ərazisi 4,5 hektar, tutumu isə 500 nəfərdir. 2011-ci ilin iyul ayında Prezident İlham Əliyev Məsciddə olub və dövlət başçısının tapşırığına əsasən məscid  əsaslı təmir olunub. Burada 34 metr hündürlüyündə minarə inşa olunub. Buradakı şərait insanlara rahat ibadət etmək üçün maksimum imkan yaradır. Məscidin ətrafı da abadlaşdırılıb, 5 min kvadrat metr sahədə yaşıllıq salınıb.Onu da deyək ki, Prezident İlham Əliyevin tapşırıığna əsasən 10 nəfər Sumqayıt sakini müqəddəs həcc ziyarətinə göndəriləcək