İqtisadiyyat

Trabzonda beynəlxalq turizm sərgisi start götürür

13-01-2011 | 15:35        

  

 

Türkiyənin Trabzon şəhərində beynəlxalq turizm sərgisi start götürür. Rusiya, Gürcüstan, İran və Suriyanın qatılacağı sərgidə Azərbaycan turizm şirkətləri də təmsil olunacaq. Azərbaycanın turizm potensialı haqqında tədbir iştirakçılarına məlumat veriləcək. Sərgi iştirakçısı olan dövlətlərsə təqdimatla çıxış edəcək. Məqsəd turizmi inkişaf etdirmək və ölkələr arasında bu sahədə əməkdaşlığı inkişaf etdirməkdir. Sərgiyə yanvarın 16-sı yekun vurulacaq.