Xarici xəbərlər

ABŞ-ın vitse-prezidenti C.Bayden İraqa səfər edib

13-01-2011 | 15:29        

  

 

 

Amerika Birləşmiş Ştatlarının vitse-prezidenti Cozef Bayden İraqa səfər edib. Bu, Baydenin Nuri əl Malikinin ikinci dəfə baş nazir seçilməsindən sonra İraqa ilk səfəridir. Ümumilikdə isə keçən ilin yanvarından bu günə kimi Baydenin İraqa sayca 9-cu səfəridir. Birləşmiş Ştatlar prezidentinin İraq məsələləri üzrə xüsusi nümayəndəsi paytaxt bağdadda bir sıra  danışıqlar aparacaq. Cozef Bayden İraq prezidenti Cəlal Talabani, baş nazir Nuri əl Maliki,  İraq parlamentinin spikeri Osama al-Nucayfi və sabiq hökumət başçısı ilə görüşəcək. Görüşlərin əsas mövzusu Amerika qoşunlarının İraqdan çıxarılması olacaq. Hazırda Birləşmiş Ştatların İraqda 50 minə qədər hərbçisi xidmət edir. 2009-cu ildə isə bu ölkədə 144 min amerikalı hərbçi olub. Ötən ilin avqustundan etibarən isə Amerika hərbi qüvvələrinin İraqdan çıxarılması prosesinə başlanılıb.