Siyasət

Vaşinqtonda “Azərbaycan müstəqillikdən sonra” mövzusunda tədbir keçiriləcək

13-01-2011 | 15:03        

    

Vaşinqtondakı Mərkəzi Asiya və Qafqaz İnstitutunda “Azərbaycan müstəqillikdən sonra” mövzusunda tədbir keçiriləcək. Tədbirdə Mərkəzi Asiya və Qafqaz İnstitutunun və İpək Yolu Tədqiqat Proqramı Mərkəzinin elmi araşdırmalar üzrə direktoru Svante Kornelin müəllifi olduğu “Azərbaycan müstəqillikdən sonra” kitabı ətrafında fikir mübadiləsi aparılacaq. Bundan əlavə, Ermənistan-Azərbaycan,Dağlıq Qarabağ münaqişəsi, ölkəmizdə həyata keçirilən geniş infrastruktur layihələri ilə bağlı məsələlər müzakirə olunacaq. Mərkəzi Asiya və Qafqaz İnstitutunun rəhbəri Frederik Starr da tədbirdə iştirak edəcək. Xatırladaq ki, Svante Kornelin müəllifi olduğu “Azərbaycan müstəqillikdən sonra” kitabı bir ay bundan öncə nəşr olunub.