Xarici xəbərlər

İtaliyada “Fiat” işçiləri etiraz aksiyası keçirib

13-01-2011 | 14:16        

  

İtaliyada Fiat avtomobil zavodunun işçiləri etiraz aksiyası keçiriblər. Peruda isə polislə bir qrup sakin arasında qarşıdurma olub. Xəsarət alanlar var. İtaliyanın Turin şəhəri yaxınlığında “Fiat” avtomobil zavodunun əməkdaşları şirkət rəhbərliyinin təklif etdiyi yeni iş şəraitinə qarşı etiraz ediblər. Yeni qaydalara əsasən, işarası fasilələrin müddəti azaldılacaq və  işdən yayınma hallarına qarşı sərt cəza tədbirləri tətbiq ediləcək. Həmçinin şirkət rəhbərliyi iş saatının artırılmasını da nəzərdə tutub. Fiat rəhbərliyi zavod əməkdaşlarının bu iş şəraitində çalışacaqları təqdirdə, müəssisənin  maliyyə vəziyyətinin yaxşılaşacağını düşünür. Əks halda isə zavod xarici ölkələrin birinə köçürüləcək. İtaliya hökuməti də “Fiat” rəhbərliyinin bu qərarını dəstəkləyib və bu üsulla şirkətin daha rentabelli olacağını açıqlayıb. Perunun Puente Piedro rayonunda isə polislə sakinlər arasında qarşıdurma baş verib. Polis hökumətin qərarı ilə, gecəqonduların birin də yaşayan 21 ailəyə qarşı güc tətbiq etməsi toqquşmaya səbəb olub. Qarşıdurmada 200-ə yaxın etirazçı polisi daş qalaq edib. Etirazçılar ətrafdakı maşınların şüşələrini sındırıblar. Polis gözyaşardıcı qazdan istifadə edib. Toqquşmada 4 nəfər yaralanıb.


AXTARIŞ
HAVA HAQQINDA
Bakı (19.12.2018) :
Yağış Gecə : +3+5 | Gündüz: +5+7
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.697 | Satış: 1.703

Rubl:
Alış: 0.0251 | Satış: 0.0262

Avro:
Alış: 1.9277 | Satış: 1.9562
AzTV TƏQDİM EDİR