Mədəniyyət

“Çölçü” filmi 24-cü Ankara film festivalına dəvət alıb

09-03-2013 | 16:36        

  

Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Azərbaycanfilm” kinostudiyasının istehsalı olan “Çölçü” filmi  24-cü Ankara film festivalına dəvət alıb.   Bu, filmin iştirak edəcəyi yeddinci kinofestival olacaq. Beynəlxalq Film Festivalı martın 14-dən 24-nə qədər davam edəcək. Azərbaycanı festifalda “Çölçü” filmi təmsil edəcək. Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Azərbaycanfilm” kinostudiyasında lentə alınan filmin ssenari müəllifi Vidadi Həsənov, rejissoru Şamil Əliyevdir.   “Çölçü” bədii filmi mövzu və ideya baxımından fərqli ekran əsəridir. Sivilizasiyadan uzaq bir məkanda yaşayan ata-oğul dəvə sürüsü saxlayır. Film dəvənin doğulması ilə başlayır. Köhnə və yeni dünya arasında olan münaqişədən bəhs edən filmdə iki gəncin sevgi münasibəti də yer alır. İnsan amilinin əsas götürüldüyü kinodramda  əsas rollarda Vidadi Həsənov, Bəhruz Vaqifoğlu, Cavidan Məmmədli, Vüsal Mehrəliyev, gürcü aktrisa Salume Demuriya çəkiliblər. Film indiyə kimi 6 beynəlxalq festifalda iştirak edərək uğur qazanıb.