Cəmiyyət

Evronyus telekanalının rəhbərliyi Bakıda səfərdədir

13-01-2011 | 13:45        

  

Evronyus telekanalının müşahidə şurasının sədri Pyer Luici Malezaninin rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə səfəri davam edir. Qonaqlar əvvəlcə Fəxri xiyaban gələrək ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət ediblər. Görkəmli  oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb. Sonra Evronyus telekanalının nümayəndə həyəti Şəhidlər xiyabanına gələrək vətənimizin azadlığı uğrunda şəhid olan oğul və qızlarımızın məzarlarını da yad ediblər. Qonaqlar Bakının mənzərəsi və bayraq meydanına da baxıblar.

Qonaqlar içəri şəhəri gəziblər. Onlara “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu, burada aparılan son təmir, abadlaşdırma və bərpa işləri barədə ətraflı məlumat verilib. Sıratağlı dini-memarlıq kompleksinin ərazisindəki daş ekspozisiyanın yenidən təşkili işləri qonaqların marağına səbəb olub. Karvansara ilə tanış olan qonaqlara, bu abidənin Azərbaycanın şərq ölkələri ilə zəngin tarixi, iqtisadi-mədəni əlaqələrə malik olmasının göstəricisi olduğu bildirib. İçəri Şəhərlə tanışlıq Azərbaycan xalqının mədəni irsinin incisi, dünya əhəmiyyətli tarixi abidə olan “Şirvanşahlar Sarayı Kompleksi” ilə yekunlaşıb.