Cəmiyyət

Yekaterinburqda “Azərbaycana aparan yol” teleproqramının ikinci verilişini efirə hazırlayıb

13-01-2011 | 13:33        

  

Azərbaycanın Yekaterinburqdakı baş konsulluğu “Azərbaycana aparan yol” teleproqramının ikinci verilişini efirə hazırlayıb.  “Rossiya” kanalının Yekaterinburq üçün nəzərdə tutulan yayımında, ölkəmiz barədə  birinci proqram  yanvarın 9-da nümayiş etdirilib. Teleproqramda Azərbaycanın bugünkü uğurlarından, onun görməli yerlərindən söz açılıb. Silsilə verilişlərdə həmçinin Azərbaycan mətbəxi, ölkəmizin turizm potensialı, Rusiyada yaşayan məşhur azərbaycanlılar, konsert proqramları və ölkəmizin mədəni həyatı barədə süjetlər təqdim ediləcək. Bundan əlavə, televiziya proqramında Azərbaycan Prezidenti İlham Əliyevin ölkəmizdə və onun hüdudlarından kənarda irimiqyaslı fəaliyyətindən, Heydər Əliyev Fondunun çox şaxəli fəaliyyətindən və iri humanitar tədbirlərdən bəhs edən rəsmi xronika bloku nümayiş etdiriləcək. Qeyd edək ki, Azərbaycanın Yekaterinburqdakı baş konsulluğunun informasiya tərəfdaşları AzərTAc və AzTV-dir.