Bölgələr

Cənub bölgəsinə ilk qar yağıb

12-01-2011 | 18:26        

  

Yanvar ayının 9-dan 10-a keçən  gecə Cənub bölgəsinə ilk qar yağıb.  Gecə yağan qarın yaratdığı problemlər artıq aradan qaldırılır.

İlk qarın qalınlıgı Lerikdə  38-sm, Yardımlıda 25-30 sm, dağliq ərazilərdə isə 50 sm-ə yaxindır. İntensiv yağan  qar Lerik rayonunda bir sira problemlərə yol açib. Təbii fəlakət nəticəsində 50-ə yaxın kəndin elektirik naqillərində və rabitə sahəsində problemlər yaranıb. Şirvan şəhər Regional Elektirik idarəsinin işçiləri tərəfindən rayona 20-dən yuxarı elektirik dirəyi və sıradan çıxan naqillərin yenisi ilə əvəz olunması üçün yeni naqillər gətirilib. Hazırda yaranan problemlərin tam aradan qaldırılması üçün işlər davam etdirilir. Yardimli rayonunda da güclü qar ən çox enerji və rabitə təsərrüfatlarina təsir göstərib.Yardimli şəhəri istisna olmaqla, rayonun bütün yaşayış məntəqələri bir müddət  işiqsiz qalib. Hal-hazırda Rayon mərkəzində və yaxın kəndlərdə nəqliyyatın hərəkəti mümkün olsa da, nisbətən uzaq kəndlərə ağır texnika, dağ kəndlərinə isə atla hərəkət etmək mümkündür. Normal gediş-gəlişin təmin olunması üçün yollarda ağır texnikanın köməyi ilə təmizləmə işləri davam etdirilir.