Bakı vaxtı : 
Mədəniyyət

138 yaşını qeyd edən Azərbaycan teatrı bu gün yeni inkişaf dövrünü yaşayır

Martın 10-u Milli Teatrımızın ad günüdür. Bu gün Azərbaycan teatrı 138 yaşını qeyd edir. Şərqdə ilk olaraq peşəkar teatrın Bakıda yaranması xalqımızın milli-mənəvi dəyərlərinin qorunması və təbliği, estetik zövqünün formalaşmasında mühüm rol oynayıb. Bu gün Azərbaycan teatrı özünün yeni inkişaf dövrünü yaşayır.

 Böyük maarifçi Həsən bəy Zərdabi və görkəmli dramaturq Nəcəf bəy Vəzirovun təşəbbüsü ilə 1873-cü ildə Bakıda M.F.Axundovun “Lənkəran xanın vəziri” və “Hacı Qara” komediyalarının tamaşaya qoyulması Azərbaycanda, eləcə də bütün müsəlman Şərqində peşəkar teatrın təməlini qoydu. Azərbaycan mədəniyyətinin bir parçası olan teatrımız bu illərdə şərəfli yol keçib...

...Ulu öndər Heydər Əliyevin ölkəyə rəhbərliyi dövründə teatr sənəti də dövlət səviyyəsində özünün layiqli dəyərini alıb. Mənəvi zənginliyi xalqın böyük sərvəti sayan Heydər Əliyev teatrın inkişafını da diqqətdə saxlayırdı. Onun mədəni irsimizə münasibətini teatr xadimlərinə, sənət adamlarına, aktyorlara, gənc istedadlara qayğısında da görmək olardı...

...Prezident İlham Əliyevin həmin ənənəni davam etdirməsi bu sahənin inkişafına böyük töhfələr verir. Dövlət başçısının məqsədyönlü qərarları ilə teatr sənətinin tərəqqisi, yeniləşməsi, beynəlxalq teatr məkanında layiqli yer tutması kimi vacib məqamlar dövlətin hərtərəfli dəstəyini qazanıb. Bu dəstək dünyaya inteqrasiya edən teatra nail olmaq üçün böyük imkanlar deməkdir. Prezident İlham Əliyevin “Azərbaycan teatr sənətinin İnkişaf etdirilməsi haqqında” 19 fevral 2007-ci il tarixli sərəncamı teatrların inkişafında əsl dönüş yaratdı. Azərbaycan teatrında canlanma yarandı, müasirləşmə dövrü başlandı. Bu sərəncam teatr sənətinin inkişafına yeni gözlə baxmağa imkan verdi, teatrın inkişafı üçün geniş perspektivlər açıldı. Sənət ocaqlarının əksəriyyəti əsaslı təmirə dayandırıldı, yenidənqurma işlərinə start verildi. İlk olaraq Yaşıl teatr öz köhnə həyatına əlvida dedi. Prezident İlham Əliyev 2005-ci ilin avqustunda onun əsaslı şəkildə yenidən qurulması barədə göstəriş verdi. İki il ərzində teatr, demək olar ki, yenidən inşa olundu. 2007-ci il mayın 10-da – ulu öndər Heydər Əliyevin doğum günündə Yaşıl teatrın açılışı oldu. 2500 tamaşaçı yeri olan teatr indi öz qonaqlarını yeni görkəmdə qarşılayır, burada dövlət tədbirləri, maraqlı konsert proqramları keçirilir. Abdulla Şaiqin adına Kukla Teatrı da ölkə rəhbərinin sərəncamı ilə əsaslı təmir edildi, müasir standartlara uyğun texniki avadanlıqlarla təchiz olundu. Teatr 2007-ci il dekabrın 26-da Yeni il ərəfəsində istifadəyə verildi. Bu, dövlətin nəinki sənət adamlarına, teatrın kollektivinə, həm də uşaqlara ən gözəl yeni il hədiyyəsi oldu. Prezident İlham Əliyevin mərasimdə iştirakı isə ikiqat sevincə çevrildi...

...Digər sənət ocaqlarının təmir və bərpa işləri də uğurla aparıldı. Səməd Vurğun adına Dövlət Rus Dram Teatrı əsaslı təmir olundu...

...Dövlət Gənc Tamaşaçılar Teatrı da dünya standartlarına uyğun təmir və təchiz edildi. İndi bu teatrların səhnəsində maraqlı əsərlər tamaşaya qoyulur...

...Dövlət Akademik Milli Dram Teatrı da əsaslı şəkildə yenidən quruldu, burada yüksək səviyyəli təmir işləri aparıldı. Teatrın binasının açılışında Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva iştirak etdilər . Qeyd edək ki, teatrın binasında heç vaxt indiki səviyyədə əsaslı bərpa və yenidənqurma işləri aparılmamışdı. Təmir vaxtı əvvəlki memarlıq üslubunun qorunub saxlanması və milli ornamentlərlə zənginləşdirilməsinə xüsusi diqqət yetirilib. 581 yerlik tamaşaçı zalı ən müasir avadanlıqla təchiz olunub, səhnə yenidən qurulub, burada ən müasir səs və işıq sistemləri quraşdırılıb. Teatrda 130 yerlik kiçik məşq zalı, 27 qrim otağı və digər yardımçı bölmələr var.

Azərbaycanın teatrında təzə ad olan “Üns” teatrı isə sənət aləminə yeni ab-hava, yeni ovqat gətirdi, az vaxtda geniş tamaşaçı rəğbəti qazandı...

...Heydər Əliyev fondunun bu istiqamətdə həyata keçirdiyi layihələri də xüsusi qeyd etmək lazımdır. Fondun Prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə görülən işlər mədəni irsimizin daha da zənginləşdirilməsinə və dünyada geniş təbliğinə xidmət edir...

...Bu gün nəinki paytaxt teatrları, habelə bölgələrdəki teatrlar da yeni inkişaf dövrünü yaşayır. 2009-cu il martın əvvəllərində Prezident İlham Əliyevin Yevlax Teatrında olması, kollektivlə görüşü dövlətin, ölkə rəhbərinin bu sahəni diqqətdə saxlamasını bir daha sübut etdi....

...Teatrlara qayğı müasir teatr sənətimizin real mənzərəsini də göz önünə gətirir. Artıq Azərbaycanda böyük beynəlxalq teatr festivallarının keçirilməsinə də böyük imkan yaranır. Prezident İlham Əliyevin “Azərbaycan teatrı 2009-2019-cu illərdə Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” Sərəncamına uyğun olaraq 2010-cu ildə Bakıda ölkəmizdə fəaliyyət göstərən 27 teatrın iştirakı ilə ilk Milli Teatr festivalı , dünyanın 32 ölkəsindən 70-ə yaxın teatr mütəxəssisinin qatıldığı Beynəlxalq Teatr konfransı , həmçinin Çexov Beynəlxalq Teatr festivalının İpək yolu mərhələsi keçirildi. 

Bu gün teatr xadimlərinə, aktyorlara, yaradıcı insanlara qayğı, istedadlı gənclərin üzə çıxarılması, onların bədii axtarışlarının dəstəklənməsi məqsədi ilə həyata keçirilən tədbirlər də dövlətin diqqətindədir. Teatrlarda çalışanların maaşlarının artırılması, Fəxri adların, Prezident təqaüdlərinin verilməsi haqqında Dövlət başçısının imzaladığı sənədlər bu insanlar üçün zəhmətlərinə, istedadlarına verilən qiymət olmaqla yanaşı, onlar üçün stimula da çevrilir, onların yaradıcılıq əhvali-ruhiyyəsini daha da artırır...