Mədəniyyət

Berlində “İTB Berlin” beynəlxalq turizm sərgisi öz işinə başlayır

09-03-2011 | 11:27        

  

Martın 9-da Almaniyanın Berlin şəhərində “İTB Berlin” beynəlxalq turizm sərgisi öz işinə başlayır. Azərbaycanın da təmsil olunduğu sərgi 5 gün davam edəcək. Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata görə, beynəlxalq sərgidə ölkəmizin turizm potensialı 104 kvadratmetr lövhədə alman və ingilis dillərində hazırlanan bukletlər, broşürlər, CD-lər vasitəsilə nümayiş etdiriləcək. Nazirliyin nümayəndə heyəti ilə yanaşı Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının 6 üzvü, ölkəmizdə fəaliyyət göstərən 12 hotel və turizm şirkətinin əməkdaşları Almaniyaya ezam olunub. Qeyd edək ki, Azərbaycan “İTB Berlin” beynəlxalq turizm sərgisində hər il iştirak edir.

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (19.12.2018) :
Yağış Gecə : +3+5 | Gündüz: +5+7
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.697 | Satış: 1.703

Rubl:
Alış: 0.0251 | Satış: 0.0262

Avro:
Alış: 1.9277 | Satış: 1.9562
AzTV TƏQDİM EDİR