Rəsmi xronika

Prezident İlham Əliyev Bosniya və Hersoqovinanın xarici İşlər naziri S.Alkalayın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

12-01-2011 | 18:20        

  

 

Prezident İlham Əliyev yanvarın 12-də Bosniya və Hersoqovinanın xarici İşlər naziri Sven Alkalayın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Dövlətimizin başçısı Bosniya və Hersoqovinanın xarici İşlər naziri Sven Alkalayın ölkəmizə ilk səfərinin əlqələrimizin inkişafı baxımından önəmli olduğunu vurğulayaraq, bu səfərin uğurlu olacağına və əlaqələrimizi inkişaf etdirilməsi üçün yaxçı imkanlar yaradacağına ümidvar olduğunu bildirib. İkitərəfli münasibətləri genişləndirməyin  zəruriliyini vurğulayan dövlətimizin başçısı bu əlaqələrin inkişaf etdirilməsində Azərbaycanın maraqlı olduğunu deyib. Prezident İlham Əliyev Azərbaycanla  Bosniya və Hersoqovinanın dost ölkələr olduğunu qeyd edib, ölkələrimiz arasında iqtisadi sahədə əlaqələrin inkişafı üçün də yaxşı imkanların olduğunu bildirib.

Ölkəmizə ilk dəfə səfər etdiyini vurğulayan Bosniya və Hersoqovinanın Xarici İşlər Naziri Sven Alkalay , bə səfərin  ikitərəfli əlaqələrin inkişaf etdirilməsi işinə xidmət edəcəyinə ümidvar olduğunu bildirib. O , Azərbaycanla Bosniya və Hersoqovina arasında əlaqələri təkcə ikitərəfli müstəvidə deyil, eləcə də ölkələrimizin üzv olduğu  beynəlxalq təşkilatlar  çərçivəsində inkişaf etdirməyin vacibliyini vurğulayıb. Ölkələrimiz arasında siyasi əlaqələrin yaxşı səviyyədə olduğunu bildirən nazir münasibətlərimizin inkişafında yüksək səviyyəli qarşılıqlı səfərlərin önəmini qeyd edib.