Cəmiyyət

Hacı Zeynalabdin Tağıyevə məxsus orden və medallar aşkarlanıb

19-12-2012 | 13:33        

  

Milli Azərbaycan Tarixi Muzeyinin daimi ekspozisiyası yeni materiallarla zənginləşdirilir. Muzey əməkdaşlarının uzun müddət apardığı araşdırmalar nəticəsində müsəlman Şərqində ilk qızlar məktəbinin yaradıcısı Hacı Zeynalabdin Tağıyevə məxsus orden və medallar aşkarlanıb.  Qiymətli tapıntılar muzeyinin ekspozisiyasına daxil edilib. Məşhur messenantın  təltif nişanları ilə bağlı yaradılan yeni  vitrində  Tağıyevin   İranın “Şir-i xurşid” ordeninin 1-ci dərəcəsinin ulduz və nişanı, Buxara əmirliyinin “Şərəfli Buxara ulduzu” ordeni, həmçinin Rusiya İmperatorluğunun “III Aleksandrın tacqoyma mərasiminə həsr olunan medal”, “İmperator III Aleksandrın dövründə xidmətlərə görə”, “Səylərə görə” medalları nümayiş etdirilir. Milyonuçunun  həyatı və çoxşaxəli fəaliyyəti ilə bağlı tədqiqatlar davam etdirilir.