Siyasət

Bosniya və Herseqovinanın xarici işlər naziri S.Alkalay Baş nazir Artur Rasizadə ilə görüşüb

12-01-2011 | 16:27        

  

Ölkəmizdə səfərdə olan Bosniya və Herseqovinanın xarici işlər naziri Sven Alkalayın başçılıq etdiyi nümayəndə heyəti Baş nazir Artur Rasizadə ilə görüşüb. Baş nazir Artur Rasizadə Azərbaycanla Bosniya və Herseqovina arasında daha sıx əməkdaşlıq münasibətlərinin qurulmasının vacibliyini önə çəkdi, iqtisadi əlaqələrin əhəmiyyətindən danışıb. Artur Rasizadə Dağlıq Qarabağ münaqişəsi barədə danışaraq qonağa Ermənistanın tutduğu qeyri-konstruktiv mövqe barədə məlumat verib. Bosniya və Herseqovinanın xarici işlər naziri Sven Alkalay ölkəmizə səfərindən və göstərilən qonaqpərvərlikdən məmnun qaldığını bildirib. Ölkələrimiz arasında mövcud siyasi münasibətlərin yüksək səviyyədə olduğunu deyib. Hər iki ölkənin beynəlxalq müstəvidə bir-birini uğurla dəstəklədiyini vurğulayaraq, Bosniya və Herseqovinanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın ədalətli mövqeyini beynəlxalq təşkilatlarda birmənalı olaraq dəstəklədiyini qeyd edib. Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər də müzakirə olunub.

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (20.06.2019) :
Aydın Gecə : +22+24 | Gündüz: +32+34
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.678 | Satış: 1.702

Rubl:
Alış: 0.0245 | Satış: 0.0264

Avro:
Alış: 1.8492 | Satış: 1.9099
AzTV TƏQDİM EDİR