Mədəniyyət

“Bu meydan, bu ekran – 2011” kino layihələri müsabiqəsi elan edilib

07-03-2011 | 12:39        

  

Mədəniyyət və Turizm Nazirliyi “Bu meydan, bu ekran – 2011” kino layihələri müsabiqəsi elan edib. Müsabiqəyə işləri film istehsalı ilə məşğul olan dövlət və müstəqil studiyalar, şirkətlər təqdim edə bilər. Müsabiqəyə təqdim olunan sənədlər eyni deviz altında olan iki bağlı zərfdə 2011-ci il aprelin 30-dək Mədəniyyət və Turizm Nazirliyinə təqdim olunmalıdır. Münsiflər heyətinin rəyi əsasında beş ən yaxşı layihə müəyyən ediləcək. Qaliblərin adları 2011-ci il mayın birinci ongünlüyündə nazirliyin saytında və “Mədəniyyət” qəzetində açıqlanacaq. 2011-ci il ərzində qalib layihələr onları təqdim edən şirkətlərdə dövlət sifarişi ilə istehsalata buraxılacaq.