Cəmiyyət

ABŞ tarixçi-alimləri qondarma erməni soyqırımının tarixi saxtakarlıq olduğunu sübut edirlər

12-01-2011 | 15:52        

  

Amerikalı müəlliflər Kastin  və Karolin Makkartilərin “Türklər və ermənilər. Erməni məsələləri üzrə rəhbərlik”  kitabı Azərbaycan dilinə tərcümə olunub. Kitabda erməni saxtakarlığı bir daha öz təsdiqini tapır. XIX əsrin Avropa və Amerika qəzetləri qondarma erməni soyqırımı ilə bağlı çox yazırdılar. Milli Elmlər Akademiyasının Fəlsəfə Sosiologiya və Hüquq İnstitutunun əməkdaşları olan elmlər namizədi Yaşar Əliyev və Aydın Əliyev tərəfindən tərcümə olunan “Türklər və ermənilər. Erməni məsələləri üzrə rəhbərlik”  kitabında isə ermənilərin  tarixi saxtalaşdırmaları bir daha ortaya qoyulub. Kitabda xüsusi məqamlardan biri Osmanlı hökuməti tərəfindən ermənilərə qarşı heç bir soyqırımın olmaması faktının sübut edilməsidir. Tərcümə materialının yaxın zamanlarda kitab şəklində  Fəlsəfə Sosiologiya və Hüquq İnstitutu tərəfindən çapı nəzərdə tutulub.