Mədəniyyət

YUSİF SƏMƏDOĞLUNUN 75 İLLİK YUBİLEYİ KEÇİRİLİB

25-12-2010 | 19:56        

  

Xalq yazıçısı Yusif Səmədoğlunun anadan olmasının 75 illik yubileyi münasibətilə Səməd Vurğunun ev muzeyində xatirə günü keçirilib. Tədbirdə mərhumun sənət dostları və ailə üzvləri iştirak ediblər. Çıxış edən qonaqlar Yusif Səmədoğlu haqda xatirələrini bölüşüblər. Qeyd olunub ki, yazıçı müasir ədəbiyyat sahəsində hər zaman öz dəsti xətti ilə seçilib. Gecədə Yusif Səmədoğlunun ssenariləri əsasında çəkilən filmlərdən də söhbət açılıb. Yazıçının yaxın dostu İntiqam Qasımzadə bildirib ki, yazıçının “Qətl günü” romanı 16 ölkədə çap olunub və keçmiş SSRİ Yazıçılar İttifaqının mükafatına layiq görülüb. Gecə Bülbül adına orta ixtisas məktəbinin şagirdlərinin konsert proqramı ilə davam edib.