Mədəniyyət

VI Beynəlxalq Mstislav Rostropoviç Festivalı davam edir

05-12-2012 | 15:49        

  

Paytaxtımızda keçirilən VI Beynəlxalq Mstislav Rostropoviç Festivalı davam edir. Növbəti konsert italiyalı musiqiçi Enriko Dindonun çıxışı ilə yadda qalıb. Dövlət Filarmoniyasında  keçirilən VI Beynəlxalq Mstislav Rostropoviç Festivalının növbəti konsertində Üzeyir Hacıbəyli adına Dövlət Simfonik Orkestrinin müşayiəti ilə  yerli və xarici bəstəkarların əsərləri səsləndirilib. Dirijor Fuad İbrahimov və italiyalı violonçel ifaçısı Enriko Dindonun  ifasında Dmitri Şostakoviçin “Bayram  uvertürası”, Robert Şumanın “Violonçel və orkestr üçün konsert”, Pyotr Çaykovskinin  6 saylı simfoniyası musiqisevərlərin ixtiyarına verilib. Heydər Əliyev Fondunun dəstəyi, Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə baş tutan VI Beynəlxalq Mstislav Rostropoviç Festivalının məqsədi dünya şöhrətli bəstəkarın davamçıları olan istedadlı gənclərin üzə çıxarılmasıdır. Olqa Rostropoviçin rəhbərliyi ilə keçirilən klassik musiqi festival dekabrın 9 kimi davam edəcək