Bölgələr

Yuxarı Şirvan kanalı növbəti ilin suvarma kampaniyasına hazırlanır

12-01-2011 | 15:34        

  

Yevlaxda yerləşən Yuxarı Şirvan kanalı istismar idarəsi növbəti mövsümə hazırlaşır. İdarəsinin maddi-texniki bazası möhkəmləndirilir, bütün qurğular əsaslı təmir olunur. Mənbəyini Mingəçevir Su anbarından götürən Yuxarı Şirvan Kanalı Yevlax, Ağdaş, Göyçay, Ucar, Zərdab, İsmayıllı, Kürdəmir, Ağsu və Şamaxı rayonlarının 127 min hektar əkin sahəsini su ilə təmin edir. Ölkəninin ikinci ən böyük kanalı keçdiyi ərazilərdə yaşayan əhalinin texniki suya olan tələbatını da ödəyir. Ötən il idarə bəndləri və qurğuları təmir edib. Baş qurğunun hidravilik mexanizmlərində yaranan problemlər aradan qaldırılıb. 2 ədəd şlüz qapısı əsaslı təmir edilib. 5 km uzunluğunda beton kanalın dağılmış hissələri bərpa olunub. 73 ədəd hidrotexniki qurğu,10 hidrometrik  post, 3 ədəd mülki və inzibati bina təmir edilib. Kanallar 938 min kubmetr həcmində lildən təmizlənib. Daşqına və selə qarşı mübarizə tədbirlərinə 32 min manata yaxın vəsait xərclənib. Həyata keçirilən tədbirlə nəticəsində su istifadəçilərinin tələbatları yüksək səviyyədə ödənilib. Ötən il əkin sahələrinə təxminən 776 min kub/m su verilib ki, bu da planlaşdırılandan 27,3 faiz çoxdur. İdarənin rəisi Minnət Mürsəlovun verdiyi məlumata görə, hazırda yeni suvarma kampaniyasına hazırlıq görülür. Bəndlər və qurğulardakı problemlər aradan qaldırılır.