Mədəniyyət

Milan şəhərində “BİT- 2011” Beynəlxalq turizm sərgisi başa çatıb

03-03-2011 | 12:52        

  

 

İtaliyanın Milan şəhərində “BİT- 2011” Beynəlxalq turizm sərgisi başa çatıb. Dörd gün davam edən sərgidə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Azərbaycanın turizm potensialı nümayiş etdirilib.  Sərgiyə 45-dən çox ölkəni təmsil edən turizm şirkətləri qatılıb. Azərbaycanın turizm potensialı ilə bağlı məlumatların yer aldığı pavilyonla həm yerli, həm də xarici ölkələrdən gələn ziyarətçilər tərəfindən maraqla qarşılanıb. Onlara ölkəmizin turizm potensialını təbliğ edən ingilis dilində müxtəlif reklam-çap məhsulları təqdim edilib. Ölkəmizin tarixi, mətbəxi, görməli yerləri haqqında ətraflı məlumat verilib.