Mədəniyyət

Antalyada 3-cü səhiyyə turizm sərgisi keçiriləcək

02-03-2011 | 17:49        

  

 

Martın 3-dən 5-dək Türkiyənin Antalya şəhərində 3-cü səhiyyə turizm sərgisi keçiriləcək. Sərginin təşkilatçısı “Anfaş Turizm” şirkətinin idarə heyəti sədrinin sözlərinə görə, tədbirin budəfəki fəxri qonağı Azərbaycan olacaq. Türkiyədəki səhiyyə turizmi şirkətləri Azərbaycan və digər türkdilli ölkələrlə bu sahədə daha fəal əməkdaşlıq etmək niyyətindədirlər. Bu məqsədlə sərgi çərçivəsində ikitərəfli görüşlər keçiriləcək. Sərgidə Türkiyənin termal turizm firmaları, müxtəlif xəstəliklərin müalicəsini həyata keçirən sanatoriyaların təqdimatı da olacaq.