Siyasət

Bosniya və Herseqovinanın xarici işlər naziri Sven Alkalay ölkəmizə rəsmi səfərə gəlib

12-01-2011 | 15:13        

  

 

Bosniya və Herseqovinanın xarici işlər naziri Sven Alkalay ölkəmizə rəsmi səfərə gəlib. Qonaq Xarici İşlər Nazirliyində azərbaycanlı həmkarı Elmar Məmmədyarovla görüşüb. Görüşdə ikitərəfli münasibətlərin inkişaf perspektivləri, gələcək əməkdaşlığın prioritet istiqamətləri müzakirə olunub. Sven Alkalay İki gün müddətində Azərbaycanın dövlət və hökumət rəsmiləri ilə bir sıra görüşlər  də keçirəcək.