Mədəniyyət

Muğam televiziya müsabiqəsi 2011 davam edir

02-03-2011 | 10:57        

  

 

Muğam Televiziya Müsabiqəsi 2011 öz işini davam etdirir. Beynəlxalq Muğam Mərkəzində baş tutan sayca 3-cü yarışmada ilk onluq öz məharətini göstərib.

9 iştirakçı isə həftənin həlledici günü-yəni cümə axşamında öz ifalarını təqdim edəcək. Bu dəfə musiqiçilər zərb muğamlarını ifa ediblər. Azərbaycan Televiziyası və Mədəniyyət kanalı ilə canlı olaraq yayımlanan yarışmanı ölkəmizlə yanaşı, digər ölkələrdə  də böyük maraqla izləyirlər. Muğam ifaçıları üçün həyəcanlı anlar artıq arxada qalıb. Zaman ötdükcə səhnəyə alışdıqlarını deyən musiqiçilər öz üzərində çalışdıqlarını və  gərgin əmək sərf etdiklərini deyirlər.

 Bu həftə görkəmli musiqiçi Bülbülün xatirəsi yad olunub. Möhtəşəm ifanın arxasınca müsabiqə iştirakçıları öz çıxışlarını ediblər. Yarışma  öz işini  cümə axşamı davam etdirəcək. Ən az bal toplayan növbəti iştirakçı yarışmanı tərk edəcək