Siyasət

Kiyevdə GUAM-ın üzvü olan ölkələrin xarici işlər nazirlərinin görüşü keçiriləcək

12-01-2011 | 14:40        

  

 

 Kiyevdə Demokratiya və İqtisadi Əməkdaşlıq Naminə Təşkilatın – GUAM-ın üzvü olan ölkələrin xarici işlər nazirlərinin görüşü keçiriləcək. Təşkilat çərçivəsində əməkdaşlığın aktual məsələlərinin nəzərdən keçiriləcək, Ukraynanın GUAM-da sədrliyi və həlli uzanan münaqişələrə dair məsələlər, habelə beynəlxalq təşkilatlarda qarşılıqlı əlaqələrin əsas istiqamətləri də müzakirə ediləcək. Qeyd edək ki, Ukrayna təşkilatda bu il sədrlik edir. Görüş barədə qərar ATƏT-in ötən il dekabrın 2-də Astanada keçirilən sammiti çərçivəsində GUAM ölkələri xarici işlər nazirlərinin iclasında qəbul edilib.

 

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (27.04.2018) :
Aydın Gecə : +9 +11 | Gündüz: +21 +23
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.678 | Satış: 1.703

Rubl:
Alış: 0.0253 | Satış: 0.0269

Avro:
Alış: 2.044 | Satış: 2.1174
AzTV TƏQDİM EDİR