Bakı vaxtı : 
Cəmiyyət

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi iki istiqamət üzrə fəaliyyət göstərəcək

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində həyata keçirilən struktur islahatları Nazirliyin icra qurumlarının fəaliyyətinin daha da təkmilləşdirilməsinə imkan yaradacaq.  Bu islahatlar  Prezident  İlham Əliyevin 16- fevral tarixində imzaladığı  “Azərbaycan prezidenti Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı fərmana əsasən aparılır.Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı fərmana əsasən Nazirliyin yeni əsasnaməsi və strukturu təsdiqlənib. Nazirliyin fəaliyyət istiqamətləri  daha da artırılıb. Beləki, əgər əvvəlki dövrdə nazirlik  yalnız təsərrüfat mexanizmini həyata keçirirdisə, bundan sonra  Nazirlik 2- istiqamət üzrə fəaliyyət göstərəcək. Siyasi və İcra mexanizmləri üzrə iş prinsipi ayrıca aparılacaq. Beləki, Nazirlik aparat olaraq siyasi, nazirliyin strukturuna daxil olan qurumlar isə icra mexanizmini həyata keçirəcək. ƏƏSMN-nin Hüquq şöbəsinin müdiri  Əfiqə Hüseynova bildirib ki, nazirliyin strukturu təsdiq olunanda yeni xidmətlər yaradılıb. Dövlət Əmək Müfəttişliyi Xidməti, Dövlət Məşğulluq Xidməti və yeni Dövlət Sosial Müdafiə xidməti yaradılıb ki, bu da nazirliyin fəaliyyət istiqamətlərində, fəaliyyətinin səmərəliliyinin daha da artırılmasında, əhalinin sosial müdafiəsinin, daha çox ehtiyacı olan əhaliyə xidmətlərdə yeni- yeni dönüşlər yaradacaqdır. Bütün bunlarla yanaşı, Nazirliyin aparatının və digər qurumlarının strukturlarında müvafiq dəyişikliklər edilməsi, informasiya texnologiyaları şöbəsi, informasiya təminatı, daxili nəzarət və başqa bu kimi şöbə və sektorların yaradılması planlaşdırılır. Bir sıra qurumların ləğvi ilə yanaşı onların bazasında yenilərinin təsis edilməsi, bəzi şöbələrin mövcud ştat vahidlərinin artırılması da nəzərdə tutulur. Bütün bunlar isə Nazirliyin fəaliyyətində şəffaflığın artırılması, korrupsiyaya qarşı mübarizə ilə əlaqədar yeni daxili nəzarət sisteminin  uğurla işləməsinə imkan yaradacaq.