Cəmiyyət

“Postsovet məkanı inkişafının 20 ili: nəticələr və yeni meyillər” mövzusunda konfrans keçirib

12-01-2011 | 14:35        

  

Qazaxıstanın paytaxtı Astana şəhərində Avrasiya Ekspertlər Şəbəkəsi “Postsovet məkanı inkişafının 20 ili: nəticələr və yeni meyillər” mövzusunda konfrans keçirib. Tədbirdə Qazaxıstan parlamentinin deputatları, Azərbaycan, Rusiya, Ukrayna, Qırğızıstan, İsrail və digər ölkələrdən gəlmiş nümayəndələr iştirak edib. Konfransda postsovet məkanında dövlət quruculuğu təcrübəsinin sistemləşdirilməsi, qlobal maliyyə böhranı şəraitində MDB məkanında gedən inteqrasiya prosesləri, yeni nəslin formalaşması və digər məsələlər müzakirə olunub. Rusiya-Azərbaycan Ekspert Şurası baş direktorunun müavini İsmayıl Ağakişiyev konfransda MDB ölkələri arasında əlaqələrin inkişafı, əldə olunan uğurlar və digər məsələlərlə çıxış edib. Tədbirdə MDB məkanının lider dövləti olan Azərbaycan xüsusi mövzu ilə şərh edilib.