Mədəniyyət

“Oskar 2011” mükafatının qalibləri bəlli olub

28-02-2011 | 15:27        

  

Amerika kino Akademiyasının “Oskar-2011” mükafatı öz sahiblərinə təqdim olunub.  83-cü  dəfə baş tutan mərasimdə “Kral danışır” filmi ən yaşı film titulunu alıb. Mərasim Azərbaycan Televiziyası vasitəsi ilə canlı yayımlanıb.

Los Ancelesin “Kodak” teatrında baş tutan təqdimetmə mərasimi hər il olduğu kimi bu dəfə də aktyorların bahalı geyimləri və maraqlı şousu ilə yadda qalıb. Oskar mükafatının sahibləri isə ötən ilə nisbətən  bir  o qədər də gözlənilməz olmayıb. Namizədlər sırasında favoritlərdən sayılan “Kral danışır” filmi, gözlənilən nəticəni doğrultdu. Ən yaxşı film və ən yaxşı rejissor işi”, ən orijinal ssenari  nominasiyasının qalibi olaraq da diqqəti çəkdi.  Ən yaxşı kişi rolu nominasiyası isə “Kral danışır” filmindəki roluna görə Kolin  Fertə nəsib olub. Ən yaxşı qadın rolu isə “Qara qu quşu” filmindəki roluna görə Natali Portman layiq görüldü. Animasiya filmi nominasiyasında “Oyuncaqların hekayəsi” filmi Oskar alıb. ”Sosial şəbəkə” filminə bağlanan ümidlər bir o qədər də özünü doğrultmayıb. Kino Akademiyası  filmi ən yaxşı uyğunlaşdırılmış ssenari, ən yaxşı musiqili  müşayiət və ən yaxşı montaj işinə görə qiymətləndirilib. Danimarka kinematoqrafiyasının istehsalı olan “Yaxşı dünyada” filmi isə əcnəbi film olaraq Oskar mükafatının qalibi seçilib.