Cəmiyyət

Azərbaycanın iqtisadi nailiyyətləri “Diplomat and International Canada” jurnalında dərc edilib

12-01-2011 | 14:26        

  

 

 Kanadada nəşr olunan “Diplomat and International Canada” jurnalının 2011-ci ilin ilk buraxılışında Ottavada yerləşən Karlton Universitetinin Beynəlxalq Münasibətlər üzrə Norman Paterson Məktəbinin dekanı, professor Fen Osler Hampsonun “Azərbaycan, Gürcüstan, Ermənistan: Şərq Qərbə qarşı” sərlövhəli məqaləsi dərc edilib. Məqalədə zəngin neft-qaz ehtiyatlarına malik olan  ölkəmizin Cənubi Qafqaz regionunda uğurlu inkişafından danışılır. Azərbaycanın ümumi daxili məhsulunun yüksək sürətlə artdığını vurğulayan müəllif məqaləsində neft ixracının gündən-günə artdığını və bunun sayəsində tikinti, daşınmaz əmlak, bank və nəqliyyat sahələrinin inkişafına mühüm töhfə verildiyini bildirir.  Həmçinin, Azərbaycan neftinin böyük hissəsinin Gürcüstan və Türkiyədən keçən Bakı-Tbilisi-Ceyhan boru kəməri vasitəsilə Qərbə ixrac edildiyi və Xəzər dənizində təbii qaz hasilatının artırılması istiqamətində bir sıra layihələrin nəzərdə tutulduğu vurğulanır.  Eləcədə, Kanadalı professor məqaləsində, Dağlıq Qarabağın işğalına cavab olaraq Türkiyənin Ermənistanla sərhədlərini bağladığını, erməni diasporunun münaqişənin həllinə maneə olduğunu da diqqətə çatdırır.