Cəmiyyət

“Gorus - 2010: absurd teatrı mövsümü” kitabı tbilisidə ingilis və rus dillərində çap olunub

12-01-2011 | 14:05        

  

Prezident Administrasiyasının rəhbəri, Akademik Ramiz Mehdiyevin “Gorus - 2010: absurd teatrı mövsümü” kitabı Tbilisidə ingilis və rus dillərində nəşr olunub. Kitabda ermənilərin nəinki Cənubi Qafqaza, eyni zamanda Ön Asiyaya gəlmə olduqları tarixi faktlarla göstərilib. Burada akademik Ramiz Mehdiyev Azərbaycana məxsus yer adlarının ermənilər tərəfindən özününküləşdirilməsi, Azərbaycan tarixinin erməni müəllifləri tərəfindən saxtalaşdırılması kimi məsələləri elmi əsaslarla işıqlandırıb.  Gorus-2010: absurd teatrı mövsümü" kitabını ingilis və rus dilində oxuyan geniş auditoriya görəcək ki, Ermənistan prezidenti Serj Sərkisyanın  Gorusda verdiyi bəyanat ağlagəlməz yalan və saxtakarlıqlarla doludur. Bundan başqa müəllif   Ermənistandakı siyasi hərc-mərcliyi də  çox düzgün və dəqiq təhlili edib. Prezident Administrasiyanın rəhbəri, akademik Ramiz Mehdiyevin elmi faktlar və sanballı dəlillərlə zəngin olan kitabında Azərbaycanın qədim və müasir xəritələri də verilib. Bu xəritələr əyani şəkildə göstərir ki, Ermənistan dövləti əzəli Azərbaycan torpaqlarında yaradılıb. Bir sözlə Kitab ermənilərin tarixi saxtalaşdırmaq, beynəlxalq ictimaiyyəti yeni uydurma və yalanlarla çaşdırmaq cəhdlərini elmi dəlillərlə ifşa edir. Akademik Ramiz Mehdiyevin bu qiymətli kitabı təkcə növbəti erməni riyakarlığına cavab vermək baxımından deyil, çoxsaylı tarixi faktları özündə əks etdirməsi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin səbəb və nəticələrinin təhlili, son 200 ildə regionda baş verən ictimai-siyasi proseslərə aydınlıq gətirməsi baxımından da xüsusi əhəmiyyətə malikdir.