Cəmiyyət

EKOLOGİYA İLİ ÇƏRÇİVƏSİNDƏ AĞACƏKMƏ TƏDBİRLƏRİ DAVAM EDİR

25-12-2010 | 19:55        

  

Yeni Azərbaycan Partiyasının Nəsimi rayon təşkilatı 1 saylı Respublika Psixiatriya Xəstəxanasının həyətində ağacəkmə tədbiri keçirib. Tədbirdə partiyanın rayon təşkilatının nümayəndələri ilə yanaşı xəstəxananın kollektivi də fəal iştirak edib. Prezident İlham Əliyevin fərmanı ilə 2010-cu ilin Ekologiya ili elan edilməsi ilə əlaqədar Yeni Azərbaycan partiyasının Nəsimi rayon təşkilatının Səhiyyə Nazirliyi ilə birgə ruhi xəstəliklərdən əziyyət çəkən insanlara qayğı göstərmək məqsədi ilə keçirdiyi “İnsanlara sayğı, təbiətə qayğı” kampaniyası çərçivəsində bu dəfə əraziyə 200-dən artıq şam ağacı əkilib. Bu cür tədbirləri keçirməkdə məqsəd ölkəmizdə yaşıllıqların artırılması, ekoloji vəziyyətin yaxşılaşdırılması və ictimaiyyətin diqqətini ruhi xəstəliklərdən əziyyət çəkən insanlara yönəltməkdir.