Siyasət

Italiyada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb

25-02-2011 | 16:36        

  

Xocalı soyqırımının 19-cu ildönümü ilə bağlı İtaliyada da tədbir keçirilib. Tədbirdə İtaliyanın müxtəlif şəhərlərində yaşayan azərbaycanlılarla yanaşı, italiyanlar da iştirak ediblər. Milanın Busto Qarolfo şəhər bələdiyyəsi binasında Xocalı soyqırımının 19-cu ildönümü ilə bağlı keçirilən tədbirdən əvvəl soyqırımı əks etdirən sərgi təşkil edilib. Burada Xocalı faciəsi ilə bağlı məlumatların yer aldığı broşur, kitab və videomaterillar sərgilənib. Tədbirdə çıxış edənlər 20-ci əsrin insanlığa qarşı ən qatı cinayətlərindən biri olan Xocalı faciəsi barədə məlumat veriblər. Bildirilib ki, ermənilər silahlız əhalini, o cümlədən qadınlar, uşaqları və yaşlı insanları vəhşicəsinə qətlə yetiriblər. “Bu cür hadisələri törədənlər mütləq beynəlxalq məhkəmə qarşısında cavab verməlidirlər” Bu fikir də Milanda keçirilən tədbirdə səslənib. Qeyd edilib ki, Xocalı faciəsi yalnız azərbaycanlıların deyil, ümumilikdə bütün insanlığın faciəsidir. Tədbirdə Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Heydər Əliyev fondunun vitse prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən “Xocalıya ədalət” kampaniyasının önəmi də vurğulanıb. Sonra Xocalı soyqırımı ilə bağlı sənədli film nümayiş olunub. Tədbir İtalyan sənət adamı Vincenza Aurilionun tələbələrinin hazırladığı Xocalı dəhşətlərini əks etdirən tamaşa ilə yekunlaşıb.


AXTARIŞ
HAVA HAQQINDA
Bakı (20.06.2019) :
Aydın Gecə : +22+24 | Gündüz: +32+34
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.678 | Satış: 1.702

Rubl:
Alış: 0.0245 | Satış: 0.0264

Avro:
Alış: 1.8492 | Satış: 1.9099
AzTV TƏQDİM EDİR