Xarici xəbərlər

Yeni Zelandiyada zəlzələ qurbanlarının sayı artıb

25-02-2011 | 12:37        

  

Yeni Zelandiyada baş verən dağıdıcı zəlzələdən sonra həlak olan və xəsarət alanların axtarışları davam etdirilir. Yeraltı təkanlarda həlak olanların sayı isə artıb.

Yeni Zelandiyanın baş naziri Con Ki Kraystçerç şəhərində baş verən dağıdıcı zəlzələnin ölkəyə təxminən 13 milyard dollar dəyərində ziyan vurduğunu bildirib. Onun sözlərinə görə, dağılmış infrastrukturun bərpası bir neçə il ərzində mümkün olacaq. Xilasedicilər isə dağıntılar altında qalan insanların axtarışlarını davam etdirirlər. Yeraltı təkanlar nəticəsində həlak olanların sayı artaraq 113 nəfərə çatıb. 300-dən artıq insan isə hələ də itkin düşmüş hesab edilir. Yeraltı təkanlar nəticəsində 2 min 500 nəfər xəsarət alıb. Xilasetmə əməliyyatlarına Avstraliya, Amerika Birləşmiş Ştatları, Yaponiya, Çin və Böyük Britaniyadan xilasedici briqadaları da cəlb olunub. Onların səyi nəticəsində dağıntılar altından 120 nəfəri çıxartmaq mümkün olub. Kraystçerç şəhərinin əksər hissələri hələ də işıqsız qalır. Məktəb binalarında içməli su və ərzaq paylama mərkəzləri fəaliyyət göstərir. Şəhər aeroportu da fəaliyyətini bərpa etməyib. Küçələrdə səhra hospitalları qurulub. 6,3 bal gücündə zəlzələdən sonra Kraystçerç şəhərində 11 yeni yeraltı təkan qeydə alınıb. Qeyd edək ki, 400 min əhalisi olan Kraystçerç Yeni Zelandiyanın üçüncü böyük şəhəridir.

 


AXTARIŞ
HAVA HAQQINDA
Bakı (20.06.2019) :
Aydın Gecə : +22+24 | Gündüz: +32+34
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.678 | Satış: 1.702

Rubl:
Alış: 0.0245 | Satış: 0.0264

Avro:
Alış: 1.8492 | Satış: 1.9099
AzTV TƏQDİM EDİR