Siyasət

Tokioda GUAM-ın turizm işçi qrupunun VIII iclası olub

25-02-2011 | 11:54        

  

Fevralın 24-də Tokioda GUAM-ın Turizm işçi qrupunun VIII iclası olub. Tokioda GUAM-ın turizm üzrə işçi qrupunun VIII iclası olub. İclasda GUAM üzvü olan dövlətlərin turizm administrasiyaları və turizm agentliklərinin nümayəndələri, habelə Yaponiyanın və GUAM Katibliyinin nümayəndələri iştirak edib. İclasda Tokioda seminarın yüksək səviyyədə təşkili və keçirilməsinə, eləcə də təşkilatın müştərək turizm məhsullarının Yaponiya bazarına çıxarılmasına fəal köməyinə görə Yaponiyanın xidməti yüksək qiymətləndirilib. Tərəflər vurğulayıblar ki, 2010-cu il iyunun 24-25-də Bakıda turizm idarələrinin rəhbərləri səviyyəsində Turizm İşçi Qrupunun V iclasında qəbul edilmiş GUAM-Yaponiya müştərək turizm məhsullarının inkişafına dair Fəaliyyət planının bütün bəndlərinin yerinə yetirilməsi istiqamətində çox iş görülüb. İclasda işçi qrupunun əlaqələndirici ölkəsinə - Gürcüstana Turizm İşçi Qrupunun növbəti, IX iclasını GUAM üzvü olan dövlətlərdə turizmin inkişafına görə cavabdeh olan idarə rəhbərləri səviyyəsində təşkil etməyin mümkünlüyünü nəzərdən keçirmək tövsiyə olunub. Həmin iclasda GUAM-Yaponiya müştərək turizm məhsullunun inkişafını əlaqələndirən yeni fəaliyyət planı hazırlamaq və qəbul etmək nəzərdə tutulur. İşçi qrupunun növbəti iclası cari ilin ikinci rübündə Gürcüstanda keçiriləcək.

 

 

 

 

 

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (20.06.2019) :
Aydın Gecə : +22+24 | Gündüz: +32+34
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.678 | Satış: 1.702

Rubl:
Alış: 0.0245 | Satış: 0.0264

Avro:
Alış: 1.8492 | Satış: 1.9099
AzTV TƏQDİM EDİR