Rəsmi xronika

Prezident İlham Əliyev ABŞ Dövlət katibinin birinci müavini C.Staynberqin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

24-02-2011 | 19:19        

  


Prezident İlham Əliyev  fevralın 24-də ABŞ Dövlət katibinin birinci müavini Ceyms Staynberqin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Əvvəlcə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə ABŞ Dövlət katibinin birinci müavini Ceyms Staynberq arasında təkbətək görüş olub. Sonra görüş geniş tərkibdə davam etdirilib.

ABŞ Dövlət katibinin birinci müavini Ceyms Staynberq ABŞ Dövlət katibi xanım Hillari Klintonun salamlarının dövlətimizin başçısına çatdırıb.

  Görüşdə Azərbaycanla ABŞ arasında ikitərəfli münasibətlərin müxtəlif istiqamətləri, enerji sahəsində əməkdaşlıq, Ermənistan-Azərbaycan , Dağlıq Qarabağ  münaqişəsinin nizama salınması və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Dövlətimizin başçısı ABŞ Dövlət katibi xanım Hillari Klintonun  salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarının ABŞ-ın dövlət katibinə çatdırmağı xahiş edib.

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (20.06.2019) :
Aydın Gecə : +22+24 | Gündüz: +32+34
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.678 | Satış: 1.702

Rubl:
Alış: 0.0245 | Satış: 0.0264

Avro:
Alış: 1.8492 | Satış: 1.9099
AzTV TƏQDİM EDİR