Rəsmi xronika

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

24-02-2011 | 19:07        

  

 

Prezident İlham Əliyev Azərbaycan Respublikasında heyvandarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalayıb. Sərəncamda deyilir

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq ərzaq təhlükəsizliyinin təmin olunması istiqamətində görülən tədbirlər çərçivəsində ölkədə heyvan mənşəli məhsulların istehsalını artırmaq , habelə damazlıq heyvandarlığı inkişaf etdirmək məqsədi ilə qərara alıram:

 

1. 2011-ci ildə xaricdən damazlıq heyvanların idxal olunması  və heyvandarlıqla məşğul olan kənd təsərrüfatı məhsulları istehsalçılarına 50 % güzəştlə lizinq yolu ilə satılmasının  həyata keçirilməsi üçün 2011-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinə 5,0 (beş) milyon manat vəsait ayrılsın.

 

2. Azərbaycan  Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci bəndində nəzərdə tutulmuş vəsaitin maliyyələşdirilməsini müəyyən olunmuş qaydada həyata keçirsin.

 

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

 

100

 

 

İlham Əliyev

 

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri 24 fevral 2011-ci il

 

 

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (20.06.2019) :
Aydın Gecə : +22+24 | Gündüz: +32+34
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.678 | Satış: 1.702

Rubl:
Alış: 0.0245 | Satış: 0.0264

Avro:
Alış: 1.8492 | Satış: 1.9099
AzTV TƏQDİM EDİR