Mədəniyyət

İkinci Respublika Muğam Müsabiqəsi başa çatıb

24-02-2011 | 18:52        

  

İkinci Respublika Muğam Müsabiqəsi başa çatıb. Kamera və orqan musiqisi zalında keçirilən yekun konsertində  qaliblər mükafatlandırılıb.

II Respublika Müsabiqəsi, Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi, Mədəniyyət və Turizm Nazirliyi, Təhsil Nazirliyi, Bakı Musiqi Akademiyasının təşkilatçılığı ilə reallaşdı. Mərasimdə çıxış edən Təhsil Naziri Misir Mərdanov müsabiqənin keçirilməsini yüksək qiymətləndirdi. İstedadlı gənclərin üzə çıxarılması üçün dövlət tərəfindən görülən işlərdən danışdı. Sonra isə Beynəlxalq Festivalda iştirak edəcək ifaçıları müəyyənləşdirmək üçün keçirilən II Respublika Muğam Müsabiqəsinin qaliblərinə diplomlar verildi. I yeri Aytən Məhərrəmova, II yeri Ehtiram Hüseynov, III yeri isə Nişanə Baxışova qazanıb.

Fevral ayının 21-də start götürən II Respublika muğam Müsabiqəsi 3 mərhələdə keçirilib və 18 nəfər iştirakçı ilə təmsil olunub.