Xarici xəbərlər

“Handelsblatt”: “Yunanıstan iqtisadiyyatı 20% geriləyib”

19-09-2012 | 13:59        

  

 “Handelsblatt” qəzetinin verdiyi məlumata görə, maliyyə böhranı Yunanıstan iqtisadiyyatına öz təsirini göstərməkdə davam edir. ”Biz  ölkədə artıq 5-ci ildir ki iqtisadi tənəzzül müşahidə edirik. Bu müddət ərzində ölkə iqtisadiyyatı 20% geriləyib. 2014-cü ilə qədər isə iqtisadiyyatın 25% geriləməsi  gözlənilir” – bu fikri Yunanıstanın maliyyə naziri Yannis Stornra iqtisadi vəziyyətə həsr olunmuş konfransda səsləndirib. O, həmçinin büdcə kəsirlərinin də əvvəlcədən  proqnozlaşdırıldığından çox olacağını bildirib. Maliyyə naziri  beynəlxalq kreditorları razı salmaq üçün  hökumətin  gələn ilə qədər 11.5 milyard avroya  qənaət  etmək  məcburiyyətində  olduğunu bildirib.