Siyasət

Azərbaycanın AŞ-na daxil olmasının 10-cu ildönümü qeyd ediləcək

12-01-2011 | 13:20        

  

 

Strasburqda Azərbaycanın Avropa Şurasına daxil olmasının 10-cu ildönümü qeyd ediləcək. Qurumdan verilən məlumatda bildirilir ki, artıq rəsmi qəbulların və konsertlərin keçirilməsi üçün hazırlıq işlərinə başlanılıb. Yubiley tədbirinə Avropa Şurası Parlament Assambleyasının prezidenti Mövlud Çavuşoğlu, beynəlxalq qurumların rəhbərləri, nüfuzlu universitetlərin, həmçinin Azərbaycan diasporunun təmsilçiləri dəvət olunacaq. Mərasimində Azərbaycanın quruma daxil olduğu 10 il ərzində gördüyü işlər, götürdüyü öhdəliklər müzakirə ediləcək.