Siyasət

Xocalı soyqırımı ilə bağlı İsveçdə tədbir keçirilib

24-02-2011 | 13:14        

  

İsveçdə də Xocalı soyqrımının 19 ildönümü ilə bağlı tədbir keçirilib. Tədbirdə Xocalı faciəsi ilə bağlı ətraflı məlumat verilib. Yeri gəlmişkən, onu da deyək ki, fevralın 26-da İsveçin paytaxtı Stokholmun mərkəzindəki Sergel meydanında da tədbir nəzərdə tutulub.

Xocalı faciəsinin 19 ildönümü ilə bağlı İsveçin Linköpinq Universitetində keçirilən tədbirdə Azərbaycanın bu ölkədəki səfiri

Rafael İbrahimov tələbələr qarşısında Xocalı Soyqırımı haqqında geniş məruzə ilə çıxış edib. Qeyd edilib ki, Xocalı faciəsi ümumilikdə insanlığa qarşı törədilən cinayətdir. Ermənilərin dinc əhalini amansızcasına qətlə yetirmələri barədə danışan səfir bu faciənin dünyaya çatdırılmasında Heydər Əliyev fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən Xocalıya Ədalət kampaniyası barədə də ətraflı məlumat verib. Çıxış edənlər bildirib ki, Xocalı hadisəsi ermənilərin azərbaycanlılara qarşı yeritdikləri soyqırım siyasətinin davamıdır. Sonda isveçli tələbələrin Xocalı faciəsi ilə bağlı sualları cavablandırılıb.