Xarici xəbərlər

ABŞ-la Əfqanıstan arasında hərbi əməkdaşlığa dair razılıq əldə olunub

24-02-2011 | 12:29        

  

Əfqanıstanın müdafiə naziri Rəhim Vardak Birləşmiş Ştatlara səfər edib. Səfər çərçivəsində o, Pentaqon rəhbəri Robert Geytslə görüşüb. Birləşmiş Ştatlar və Əfqanıstanın müdafiə nazirlərinin görüşündə iki ölkə arasında təhlükəsizlik məsələləri ilə bağlı məsləhətləşmələr aparılıb. Nazirlər 2014-cü ildən təhlükəsizlik sahəsində strateji əməkdaşlığın gücləndirilməsinə dair razılıq əldə ediblər. Pentaqon rəhbəri Robert Qeyts bildirib ki, gələcəkdə müdafiə sahəsində birgə fəaliyyət üçün konkret hədəflərin müəyyən edilməsi vacibdir. Bu məqsədlə rəsmi Vaşinqton və Kabil arasında müdafiə nazirləri səviyyəsində hər il ikitərəfli məsləhətləşmələr keçiriləcək. Xatırladaq ki, bir müddət əvvəl Pentaqon rəhbəri Konresdəki dinləmələr zamanı Birləşmiş Ştatlar hökumətinin Əfqanıstanda hərbi qüvvələrini saxlamaq niyyətini açıqlayıb. Qeyts bildirib ki, rəsmi Kabil Birləşmiş Ştatlar və NATO hərbçilərinin 2014-cü ildə bu ölkədən çıxarıldıqdan sonra Amerika hərbi bazalarının ortaq istifadəsi təklifini irəli sürərsə, rəsmi Vaşinqton bu təklifi qəbul edəcək.