Siyasət

Rəsmi Kiyev strateji müttəfiq kimi Azərbaycanla əlaqələrə önəm verir

24-02-2011 | 12:07        

  

Kiyevdə keçirilən GUAM ölkələrinin xarici işlər nazirlərinin müşavirəsi çərçivəsində xarici işlər naziri Elmar Məmmədyarov ukraynalı həmkarı  Konstantin Qrişşenko ilə iki ölkə arasındakı əməkdaşlıq məsələlərini müzakirə edib. Rəsmi Kiyev   beynəlxalq arenada strateji müttəfiq kimi tanınan Azərbaycanla əlaqələrin inkişafına xüsusi önəm verir . Ukraynanın xarici işlər naziri Konstantin Qrişenko  iki ölkə arasındakı iqtisadi, siyasi, energetika və bir çox sahələrdə mövcud olan  əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyini bildirib. Azərbaycanın xarici siyasət idarəsinin rəhbəri Elmar Məmmədyarov  Prezident İlham Əliyevin Ukraynaya rəsmi səfərindən sonra  ölkələrimiz arasında bir çox sahələrlə yanaşı  diplomatik əlaqələrin də  yeni inkişaf mərhələsinə qədəm qoyduğunu vurğuladı. Görüş zamanı ikitərəfli və regional əməkdaşlığın inkişaf perspektivləri, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları çərçivəsində həlli yolları   geniş  müzakirə olunub. Neftin tranziti və maye qaz təchizatı ilə bağlı ikitərəfli sənədlərin imzalanması nəticəsində energetika sahəsində dinamik inkişafa şərait yarandığı, əmtəə dövriyyəsi həcminin sürətlə genişləndiyi qeyd olunub. Bundan başqa nəqliyyat sahəsində əməkdaşlığın gələcəkdə də möhkəmləndirilməsində qarşılıqlı maraq olduğu vurğulanıb.